Oksleyd-Çemberleyn mövsümü bitirdi
“Beşiktaş”ın futbolçusu Aleks Oksleyd-Çemberleyn üçün mövsüm bitib. İngilis futbolçu Türkiyə Super Liqasının son turunda zədələnib.
“Adana Dəmirspor”la (4:1) qarşılıaşmanın əvvəlində əvəzlənən 31 yaşlı yarımmüdafiəçiyə bu gün diaqnoz qoyulub. Aleksin mövsümün sonuna kimi meydana çıxmayacağı dəqiqləşib.
Oksleyd-Çemberleyn bu mövsümdə “Beşiktaş”ın heyətində 20 görüşdə meydana çıxıb və 1 qolla yadda qalıb.