“Oklahoma”da yeni müqavilə
“Oklahoma”da yeni müqavilə imzalanıb. Komanda hücumçu Melvin Frazyer ilə ikitərəfli sözləşmə bağlayıb.
Oyunçu 2018-ci ilin draftında 35-ci ümumi seçimlə seçilib. Bundan sonra o, “Orlando” üçün 29 oyun keçirib və 5,9 dəqiqəyə orta hesabla 1,9 xal toplayıb.
Frazyer bu mövsümü “Oklahoma”nın farm komandasında G-Liqada keçirdi.