“Oklahoma”da 4 illik müqavilə
Hücumçu Kenrik Uilyams şərəfini qoruduğu “Oklahoma” ilə yeni müqavilə imzalayıb. Tərəflər 4 illik anlaşıb.
Basketbolçu bu müddətdə 27,2 milyon dollar qazanacaq. Bu müqavilə 2023/24 mövsümündən qüvvəyə minəcək.
Uilyams 2018-ci ilin draftında seçilib. O, ilk iki mövsümü “Nyu Orlean”da keçirib. Kenrik 2020-ci ilin noyabrından “Oklahoma” forması geyinir.