“Oklahoma” NBA çempionu oldu
ABŞ Milli Basketbol Liqasında (NBA) çempion məlum olub. Pley-off seriyasının 7-ci oyununda qalib gələn “Oklahoma” qızıl medalların sahibi olub.
Komanda həlledici görüşlərdə “İndiana Peysers”i məğlub edib – 4:3. “Oklahoma” tarixində ikinci dəfə NBA çempionu olub.
Qeyd edək ki, komanda birinci dəfə 1979-cu ildə “Sietl Supersoniks” adı altında çıxış edən zaman qızıl medalları qazanıb.