Okafor “Leypsiq” yolunda

Okafor “Leypsiq” yolunda

“Milan”ın futbolçusu Noa Okafor komandanı tərk edəcək. O, “Leypsiq”ə icarəyə veriləcək.

24 yaşlı yarımmüdafiəçinin icarəsi ilə bağlı danışıqlar yekunlaşıb. Almaniya klubu İsveçrə millisinin futbolçusunun maaşını tam şəkildə ödəyəcək. Bundesliqa təmsilçisi mövsümün sonunda 25-28 milyon avroya transfer etmək hüququna malik olacaq. Okafor bu gün tibbi müayinədən keçəcək.

Qeyd edək ki, yarımmüdafiəçi A seriyasının cari mövsümündə keçirdiyi 11 oyunda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Real” finalda

Növbəti yazı

Millimiz Belarusla qarşılaşacaq