Okafor 5 il “Milan”da
“Zalsburq”un futbolçusu Noa Okafor karyerasını İtaliyada davam etdirəcək. İsveçrə millisinin hücumçusu “Milan”a keçəcək.
23 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün eyniadlı şəhərdədir. O, 5 illik müqavilə imzalayacaq.
Artıq futbolçunun maaşı da razılaşdırılıb. Okafor ildə 2 milyon avro maaş alacaq.