Odeqardın durumuna aydınlıq gəldi
“Arsenal”da ciddi itki baş verib. Martin Odeqard zədələnib.
Futbolçu beyin silkələnməsi səbəbindən “Nyukasl”, “Sevilya” və “Bernli” ilə oyunları buraxıb. Məşq zamanı top futbolçunun üzünə dəyib. Zərbənin kifayət qədər güclü olduğu ortaya çıxıb. Belə ki, müayinə zamanı Odeqarda beyin silkələnməsi diaqnozu qoyulub.
Qaydalara görə, bu zədədən sonra futbolçular altı gün istirahət etməlidir. Heç bir simptom aşkar edilmirsə, o, məşqlərə başlaya bilər. Odeqardın beynəlxalq fasilədən sonra “Arsenal”ın heyətinə qayıdacağı gözlənilir.