Odeqaardın durumuna aydınlıq gəldi
“Arsenal” futbolçusu Martin Odeqaardın durumuna aydınlıq gəlib. O, 3 həftə yaşıl meydanlardan kənarda qala bilər.
Norveçli yarımmüdafiəçi Millətlər Liqasında Avstriya ilə matçında ayaq biləyindən xəsarət alıb. Hazırda oyunçu müayinə üçün Londona yollanıb.
Müayinə zamanı ayaq biləyində sınıq aşkarlanmasa, üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Sınıq aşkarlansa, bu proses daha uzun müddət ola bilər.