Oblak “Atletiko”nun tarixinə düşdü
Yan Oblak “Atletiko”nun tarixinə düşüb. Futbolçu bunu La Liqanın “Betis”lə matçında (1:0) bacarıb.
Sloveniyalı qapıçı görüşə start heyətində çıxıb. O, bununla da, komandada 389-cu oyununu keçirib. Qolkiper klubda ən çox matça çıxan əcnəbi futbolçuların siyahısında Dieqo Qodinə çatıb. Onlar ikisi bu siyahıya başçılıq edirlər.