Obameyanqa Premyer Liqadan təklif
“Barselona”nın futbolçusu Pyer-Emerik Obameyanq karyerasını yenidən Premyer Liqada davam etdirə bilər. Qabonlu hücumçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.
İngiltərə klubu Obameyanq üçün rəsmi təklif də göndərib. Hücum xəttini gücləndirmək istəyən mançesterlilər “Barselona”dan cavab gözləyir. Obameyanq digər iddialı klubların, o cümlədən “Çelsi”nin da hədəfindədir.