“Nyukasl”ın transfer hədəfi
“Nyukasl” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. “Sağsağanlar” “Brentford”da çıxış edən Brian Mbyomonu transfer etmək istəyir.
“Nyukasl” kamerumlu vingeri yayda heyətinə qatmağa planlaşdırır. Klub rəhbərliyi 25 yaşlı ön xətt oyunçusu üçün 50 milyon ödəməyə hazırdır.
Qeyd edək ki, “Brentford” Brian Mbyomonu 2019-cu ilin yayında “Trua”dan transfer edib.