“Nyukasl”ın gözü “Lester”də

“Nyukasl”ın gözü “Lester”də

“Nyukasl” heyətinə iki futbolçu qatmağı planlaşdırır. Klub rəhbərliyinin gözü “Lester”in oyunçularındadır.

Nyukasllılar yarımmüdafiəçilər Yuri Tilemans və Ceyms Meddisonu transfer etmək niyyətindədir. Tilemans artıq qışda klubunu dəyişə bilər.

Onun müqaviləsi yayda başa çatacağı üçün “Nyukasl” futbolçunu sərfəli qiymətə əldə edəcəyinə ümidlidir. Keçidi yayda baş tutmayan Ceymlə bağlı danışıqlar da yaxın müddətdə bərpa olunacaq.

Qeyd edək ki, Tilemans cari mövsüm 7 oyunda 1, Meddison 6 matçda 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 02.10.2022

Növbəti yazı

Kvitova Ostrava turnirində