“Nyukasl” İsakı istəyir
“Nyukasl” heyətini gücləndirməyə davam edir. Klub “Real Sosyedad”ın yarımmüdafiəçisi Aleksandr İsakı transfer etmək üçün danışıqlar aparır.
“Sağsağanlar” 22 yaşlı isveçli futbolçunu hissə-hissə almaq istəyir. Belə ki, “ağ-qaralar” İsakın ödənişini iki hissəyə bölmək niyyətindədir. Bask klubu isə öz növbəsində, məbləğin böyük hissəsinin bu yay ödənilməsində israrlıdır. “Real Sosyedad” transferi 50 milyon funt-sterlinqdən artıq qiymətləndirir.