“Nyukasl” Emerini “Brayton”la oyunadək gətirəcək
İngiltərənin “Nyukasl” klubunun rəhbərliyi yaxın müddətdə Unai Emerinin baş məşqçi postuna təyin edəcək. Premyer Liqa təmsilçisi İspaniyada “Vilyarreal”ı çalışdıran mütəxəssislə XI turun “Brayton”la matçına qədər müqavilə imzalamaq niyyətindədir.
Bu oyun noyabrın 6-da baş tutacaq. Emeri ilə üç illik müqavilə imzalanacaq. Onun keçidinə görə “Vilyarreal”a 7 milyon avro kompensasiya ödəniləcək.
Xatırladaq ki, Nyukasl təmsilçisi oktyabrın 20-də Stiv Brüsü baş məşqçi postundan kənarlaşdırıb.