“Nyu-York”dan yeni rekord
“Nyu-York” tarixinin rekorduna imza atıb. Bu, “Orlando” ilə qarşılaşmaya təsadüf edib.
121:96 hesabı ilə qalib gələn “Niks” matç ərzində 24 üç xallıq atışdan dəqiq olub. Ümumilikdə komanda 54 belə atışa cəhd edib.
Bu, nyu-yorklular üçün yeni rekorddur. Derrik Rouz və Evan Furnye hərəyə 4 belə atışın müəllifi olub. “Niks” 2012-ci ildən sonra ilk dəfə NBA-da mövsümə iki qələbə ilə başlayıb.