“Nyu-York”da yeni müdafiəçi
“Nyu-York” heyətinə yeni basketbolçu qatıb. Calen Harris “Niks”ə keçib.
24 yaşlı müdafiəçi 2020-ci ilin draftının 59-cu pikidir. O, 2020/21 mövsümünü “Toronto”da keçirib. Harris orta hesabla 7,4 xal və 1,4 ribaunda imza atıb.
O, 2021-ci ilin yayında NBA tərəfindən 1 illik diskvalifikasiya edilib. Bu üzdən də müdafiəçi “Kremona”da forma geyinib. O, İtaliya klubunda 13,8 xal və 3,0 ribaumda imza atıb.