NTD-dən inamlı qələbə

NTD-dən inamlı qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura start verilib. İlk oyun günündə bir matç keçirilib.

Yeganə qarşılaşma A qrupunda baş tutub. NTD “Naxçıvan”la üz-üzə gəlib. Bərabər səviyyədə keçən görüşün son periodunda meydan sahibləri üstünlüyə yiyələniblər. NTD ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XVII tur
7 mart

A qrupu
19:00. NTD – “Naxçıvan” – 85:78 (21:15, 22:26, 23:24, 19:13)

Sərhədçi İM

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 08.03.2025

Növbəti yazı

“Bavariya”dan yeni plan