NTD-də yeni legioner

NTD-də yeni legioner

NTD amerikalı basketbolçu ilə heyətini gücləndirib. Klub 23 yaşlı Camel Kinqi transfer edib.

Forvard mövqeyində çıxış edən oyunçu ilə birillik müqavilə imzalanıb. Kinq son olaraq ölkəsinin “Kenneso Steyt Ouls” klubunun formasını geyinib.

Qeyd edək ki, NTD buna qədər Ladarius Marşalın, Kobi Montqomerinin və Andra Makkinin transferlərini həyata keçirib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.09.2025

Növbəti yazı

Yığmamız Avropa çempionatının bürünc mükafatçısı oldu