NTD Azərbaycan Kubokunun qalibi oldu
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub. Final matçında NTD və “Gəncə” komandaları üz-üzə gəliblər.
Bakı İdman Sarayında keçirilən qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə nəticələnib – 81:72.
Qeyd edək ki, ötən mövsüm “Neftçi” bu titula sahib çıxıb.