Noyerin durumuna aydınlıq gəldi

Noyerin durumuna aydınlıq gəldi

“Bavariya”nın qapıçısı Manuel Noyerin durumuna aydınlıq gəlib. Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayer”lə oyununda zədələndiyi üçün əvəzlənən qolkiper 3-4 oyun buraxmalı olacaq.

O, Leverkuzen təmsilçisi ilə martın 11-də keçiriləcək cavab görüşündə də oynamayacaq. Manuel “Bayer”lə qarşılaşmada Camal Musialanın qoluna sevinərkən zədə alıb.

Qeyd edək ki, “Bavariya” “Bayer”lə görüşdə 3:0 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan – Haiti oyununun başlama vaxtı bəlli oldu

Növbəti yazı

Dünya çempionatında komanda sayı artırıla bilər