Noyerin durumuna aydınlıq gəldi

Noyerin durumuna aydınlıq gəldi

“Bavariya”nın qapıçısı Manuel Noyer zədə səbəbindən bir müddət meydanlardan uzaq qalacaq. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Təcrübəli qolkiper dekabrın 14-də Bundesliqada “Maynz”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra sağ bud nahiyəsində narahatlıq hiss edib. Aparılan tibbi müayinələrdən sonra Noyerə əzələ yırtığı diaqnozu qoyulub.

Bu səbəbdən 39 yaşlı qapıçı 2025-ci ilin son günlərində komandasına kömək edə bilməyəcək. Onun Bundesliqanın qış fasiləsindən sonra, yanvarın 11-də “Volfsburq”la keçiriləcək matça qədər meydana qayıtması gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.12.2025

Növbəti yazı

“Neftçi”dən növbəti xal itkisi