Noyeri gözləyən cəza
“Bavariya” futbolçusu Manuel Noyeri cəzalandıra bilər. Almaniya klubu icazəsiz müsahibə verən qapıçını 1,6 milyon avro cərimələmək hüququna malikdir.
O, müsahibəsində qapıçılarla işləyən məşqçi Toni Tapaloviçin vəzifəsindən azad edilməsindən narazılığını bildirib. “Bavariya”nın futbolçuları ilə müqavilələrində onların bir aylıq maaş məbləğində cərimələnməsinin mümkünlüyü əksini tapıb.
Maaşı 20 milyon avrodan yüksək olan Noyerin 1,6 milyon cəzalanma ehtimalı var. Qərar qapıçı və rəhbərlik arasında görüşdən sonra veriləcək.