Noyerdən yeni rekord
“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqada qələbələrin sayına görə yeni rekorda imza atıb. Qolkiper VII turun Dortmund “Borussiya”sı ilə oyununda (2:1) Almaniya çempionatında 363-cü qələbəsini qeyd edib.
O, bununla da, sabiq klub yoldaşı Tomas Müllerin (362) göstəricisini geridə qoyub.
Bu nəticəni əldə etmək üçün 39 yaşlı qapıçı 530 oyun keçirib.












