Noyerdən Bundesliqa rekordu
“Bavariya”nın qapıçısı Manuel Noyer yeni rekorda imza atıb. 36 yaşlı qolkiper Almaniya Bundesliqasında ən çox qələbə qazanan futbolçu adına yiyələnib.
Bu, 27-ci turun “Union”la matçında rəsmiləşib. Münhen təmsilçisinin 4:0 hesablı qələbəsi Noyerin Bundesliqa karyerasında 311-ci qalibiyyət olub.
O, bu göstəricidə Oliver Kanı arxada qoyub. “Bavariya”nın sabiq qapıçısı Almaniya çempionatında 310 dəfə qələbəyə sevinib.
Qeyd edək ki, Bundesliqada 2006-cı ildə debüt edən Noyer “Şalke” (2006-11) və “Bavariya”nın (2011-ci ildən) şərəfini qoruyub.
1. Manuel Noyer – 311
2. Oliver Kan – 310
3. Tomas Müller – 298
4. Manfred Kunts – 291
5. Robert Levandovski – 270
6. Filip Lam – 250
7-8. Lotar Matteus – 249
Zepp Mayer – 249
9. Klaudio Pizarro – 248
10. Ştefan Röyter – 238