Noyer zədəsini sağaltdı
“Bavariya”nın qapıçısı Manuel Noyerin durumuna aydınlıq gəlib. O, məşqləri bərpa edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qapıçı artıq fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm 33 rəsmi matçda qapısında 26 qol görüb.