Noyer yenidən əsas qapıçı olacaq
Almaniya millisinin məşqçilər korpusu qərarını verib. Mütəxəssislər yığmanın AVRO-2024-də əsas qapıçısını müəyyənləşdirib.
Onlar əsas heyətdə “Barselona”nın qolkiperi Mark-Andre ter Şteqeni yox, “Bavariya”nın qapıçısı Manuel Noyeri görür. Noyerin uzunmüddətli ciddi zədədən sağalmasına baxmayaraq, Yulian Nagelsmann onu millinin bir nömrəsi hesab edir.