Noyer rekorda şərik oldu
“Bavariya”nın qapıçısı Manuel Noyer rekorda imza atıb. O, buna Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə matçında (3:0) nail olub.
Qolkiper üçün həmin görüş turnirdə 57-ci “quru oyun” kimi yadda qalıb. Bununla da, o, “Real”ın və “Porto”nun sabiq qapıçısı İker Kasilyasın rekordunu təkrarlayıb. Həmçinin, almaniyalı ispaniyalıdan daha az oyun keçirib – 177:136.