“Nou Kamp”ın adı dəyişdirilir
“Barselona” “Spotify” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb. Anlaşma iyuldan etibarən qüvvəyə minəcək. Sözləşmənin müddəti 4 il olacaq.
Müqaviləyə əsasən, növbəti mövsümdən komandanın stadionu “Nou Kamp” “Spotify Nou Kamp” adlandırılacaq.
Qeyd edək ki, 1957-ci ildə tikilən “Nou Kamp” 99 min 354 tamaşaçı tutumuna malikdir.