“Norviç”dən antirekord
Premyer Liqanı tərk edəcək ilk komanda müəyyənləşib. “Norviç” İngiltərə çempionatının yüksək liqasındakı yerini itirib.
35-ci turda “Aston Villa” ilə səfər matçında 0:2 hesabı ilə uduzan komanda Premyer Liqada qalmağa nəzəri şansları ilə vidalaşıb. 34 oyunda 21 xal toplayan “Norviç” tarixində 6-cı dəfə Premyer Liqanı tərk edir.
Bu, yarışın yeni antirekordudur. “Vest Bromviç” 5, “Kristal Pelas”, “Midlsbro” və “Sanderlend” hərəyə 4 dəfə Premyer Liqanı Çempionşipə dəyişib.