Norveçin seriyası davam edir

Norveçin seriyası davam edir

Norveç millisi DÇ-2026 seçmə mərhələsində Estoniyanı 4:1 hesabı ilə məğlub edib. Komanda ötən ilin oktyabr ayından bəri bütün turnirlərdə məğlubiyyətə uğramır.

Stale Solbakkenin yetirmələri 10 oyunda qalib gəlib və bir heç-heçə edib. Bu müddət ərzində ümumi hesab 44:6-dır.

Norveç DÇ-2026 seçmə mərhələsinin I qrupunda yeddi oyundan 21 xalla liderlik edir. İtaliya onlardan 6 xal, İsrail isə 12 xal geridədir.

Norveç noyabrın 16-da İtaliya ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Mbappe “400”ə çatdı

Növbəti yazı

“Napoli” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır