Norrisdən növbəti birincilik

Norrisdən növbəti birincilik

“Formula-1” üzrə dünya çempionatında Niderland Qran-prisi keçirilib. Lando Norris finiş xəttini birinci keçib.

Sıralamada “Maklaren” pilotunu Maks Ferstappen (Red Bull) və Şarl Lekler (“Ferrari”) izləyib. Britaniyalı sürücü karyerasında və mövsümdə ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Bu qələbədən sonra xalını 224-ə yüksəldən Norris lider Ferstappenlə fərqi bir az azaldıb. Niderland sürücü 295 xal toplayıb. 3-cü pillədə qərarlaşan Leklerin hesabında 192 xal var.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”dan səfər qələbəsi

Növbəti yazı

Valentin Barko “Sevilya”da