Norri Cokoviçə çatdı
İndian-Uellsdəki “Masters” turnirində finalçılar bəlli olub. Kemeron Norri yarımfinalda Qriqor Dimitrovu 6:2, 6:4 hesabı ilə məğlub edib. O, mövsümdə 6-cı dəfə ATP səviyyəli turnirin finalına yüksəlib.
Böyük britaniyalı tennisçi bu göstəricidə mövsümün lideri Novak Cokoviçə çatıb. Karyerasında ilk dəfə “Masters”də final oynayacaq Norri reytinqin “Top-20”sində yerini təmin edib.
Onun finaldakı rəqibi Nikoloz Basilaşvili olacaq. Gürcüstanlı tennisçi yarımfinalda Teylor Fritsi 7:6, 6:3 hesabı ilə üstələyib. 33-cü dəfə “Masters”də iştirak edən Basilaşvili ilk dəfə finala yüksəlib.