Nkunku rəsmən “Milan”da
“Milan” heyətini yeni oyunçu ilə gücləndirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rossonyerilər “Çelsi”nin futbolçusu Kristofer Nkunkunu heyətinə qatıb.
Razılaşmaya əsasən, fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nkunku karyerası boyunca PSJ və “Leypsiq” kimi klubların da formasını geyinib.












