Nkunku “Çelsi”də
Fransa millisinin və “Leypsiq”in futbolçusu Kristoffer Nkunkunun yeni klubu müəyyənləşib. Hücumçu karyerasını “Çelsi”də davam etdirəcək.
Onun keçidi ilə bağlı razılıq əldə olunub. 2023-cü ilin yayında İngiltərə klubuna yollanacaq Nkunku 5 illik müqavilə imzalayacaq. Londonlular bu transfer üçün 70 milyon avro ödəyəcək.
Qeyd edək ki, forvard cari mövsüm Bundesliqanın 15 matçında 2 qol vurub.