Nkunku “Çelsi”də
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib. Bunu klubun rəsmi saytı açıqlayıb.
“Zadəganlar” “Leypsiq”in yarımmüdafiəçi Kristofer Nkunkunu rənglərinə bağlayıb. 25 yaşlı fransalı ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfer məbləği 60 milyon avro təşkil edib.