Nkunku “Çelsi”də
“Çelsi” daha bir futbolçunun transferini rəsmiləşdirib. “Leypsiq”in fransalı hücumçusu Kristofer Nkunku bu yay London komandasına keçəcək.
Bu məlumatı “zadəcanlar”ın idman direktoru Maks Eberl də təsdiqləyib: “O, iyulda “Çelsi”nin futbolçusu olacaq”.
2019-cu ildən alman klubunun şərəfini qoruyan 25 yaşlı oyunçu bu mövsüm 29 oyunda 17 qol və 6 assistlə yadda qalıb.