Nkunku “Bavariya”nın hədəfində
“Çelsi”nin hücumçusu Kristofer Nkunku komandanı tərk edə bilər. Onunla “Bavariya” yaxından maraqlanır.
Münhen klubu fransalını yanvarda heyətinə qatmaq istəsə də, transfer şərtləri ilə bağlı razılığa gələ bilməmişdi. “Mavilər” futbolçunun keçidindən ən az 60 milyon avro qazanc əldə etmək istəyirdilər.
Kristofer Nkunku “Çelsi”dəki çıxışından narazıdır və klubu dəyişmək istəyir.