“Nitsa” Kavanı xəyalında
Edinson Kavani “Vilyarreal”la prinsipial razılığa gəlsə də, uruqvaylı hücumçu digər klubların da hədəfindədir. “Nitsa” təcrübəli futbolçunu son anda ələ keçirməyə çalışır.
Fransa klubu Edinsona dərhal müqavilə imzalamaq və daha cəlbedici şərtlər təklif edib. “Vilyarreal” isə avrokubokların pley-offunun bitməsini gözləyir.
Qeyd edək ki, Kavani ötən mövsüm “Mançester Yunayted”də 20 oyun keçirib və 2 qola imza atıb.