Nistelroy istefa verdi

Nistelroy istefa verdi

PSV-də ayrılıq yaşanıb. Komandanın baş məşqçisi Rud van Nistelroy istefa verib.

Bunu Niderland klubunun mətbuat xidməti açıqlayıb. Dünən direktorlar şurası ilə mütəxəssis arasında görüş olub. Tərəflər mövsümün sonuna qədər davam etməyə razılaşıb. Lakin bu gün klubun bazasına yollanan van Nistelroy futbolçularla vidalaşıb. Mütəxəssis bu addımı yetərincə dəstək almaması ilə izah edib. Baş məşqçi vəzifəsi müvəqqəti Fred Ruttenə tapşırılıb.

ETOPAZ

Əvvəlki yazı

Lukaku “Aston Villa”nın hədəfində

Növbəti yazı

“Arsenal”ın transfer planı