Nisikoridən imtina
Melburnda keçirilməli olan ATP turnirinin iştirakçıları siyahısında dəyişiklik baş verib. İki tennisçi yarışa qatılmaqdan imtina edib.
Bunlar yaponiyalı Kei Nisikori və qazaxıstanlı Aleksandr Bublikdir. Onların yanvarın 4-də başlayacaq turnirdən imtinasının səbəbi bəlli deyil.
Onları əvəzləyəcək tennisçilər məlumdur. Kevin Anderson və Stefano Travilya Melburnda korta çıxacaq.