Nisikori reytinqdən kənarlaşdırıldı
Dünyanın sabiq dördüncü raketkası Kei Nisikori ATP reytinqindən kənarlaşdırılıb. Yaponiyalı ötən həftə sıralamada “Top-800”də qərarlaşmışdı.
Lakin İndian-Uellsdəki “Masters”in xalları silindikdən sonra Nisikori cədvəldən kənarlaşdırılıb. Asiyalı sonuncu dəfə 2006-cı ilin yazında siyahıda yer almamışdı.
Qeyd edək ki, yanvarda əməliyyat olunan tennisçinin bu yaxınlarda korta qayıdacağı gözlənilir.