Niko Uilyams “Atletik”ə qayıtdı
“Atletik”in futbolçusu Niko Uilyams komandaya qayıdıb. Uzun müddətdir zədə səbəbindən Bilbao klubuna kömək edə bilməyən ulduz növbəti oyunlarda meydana çıxa biləcək.
O, İspaniya La Liqasının 8-ci turunda “Malyorka”ya qarşı keçiriləcək matçda heyətdə yer alıb, lakin meydana çıxıb-çıxmayacağı dəqiq deyil.
Qeyd edək ki, “Atletik” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar 3-cü tur çərçivəsində “San Mames”də qarşılaşacaq. Matç oktyabrın 22-də baş tutacaq.












