“Nike” Qrinvundla müqaviləni pozdu

“Nike” Qrinvundla müqaviləni pozdu

20 yaşlı qıza qarşı seksual zorakılıqda ittiham edilən Meyson Qrinvud yenə bir problemlə baş-başa qalıb. Belə ki, idmançının sponsoru olan “Nike” şirkəti onunla müqaviləni təzminat ödəmədən ləğv edib. Geyim şirkəti bildirib ki, Qrinvud bu davranışı ilə onların işgüzar nüfuzuna zərər vurub.

Hücumçunun klubu “Mançester Yunayted”dən maaş almağa davam edir. O, həftəyə 75 min funt sterlinq qazanır.

Qeyd edək ki, İngiltərə təmsilçisi futbolçunu oyun və məşqlərdən uzaqlaşdırıb. Bundan sonra polis Qrinvudu saxlasa da, o, girov müqabilində azadlığa buraxılıb. 

ETOPAZ

Əvvəlki yazı

Kristian Eriksen ürəyinin dayanmasından danışdı

Növbəti yazı

Türkiyəli futbolçu “Brayton”da