Nigeriya bürünc medalçı oldu
Afrika Kubokunda bürünc medalçı bəlli olub. 3-cü yer uğrunda matçda Misir və Nigeriya yığmaları üz-üzə gəlib.
Əsas və əlavə vaxt qolsuz bərabərliklə nəticələnib. Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq oynayan Nigeriya yığması 4:2 hesabı ilə qalib gələrək turniri üçüncü pillədə başa vurub.
Beləliklə, Misir millisi Afrika Kubokunu medalsız tərk edib, Nigeriya isə bürünc mükafata sahib çıxıb.












