Niderland Yunanıstanı, Slovakiya Lüksemburqu məğlub etdi
AVRO-2024-ün seçmə mərhələsi davam edir. Bu gün daha 3 qrupda qarşılaşmalar baş tutub.
B qrupunda Cəbəllütariq İrlandiyaya evdə uduzub – 0:4. Yunanıstan isə Niderlandla bacarmayıb – 0:1.
F qrupunda millimiz Avstriyaya minimalhesabla məğlub olub – 0:1. Belçika – İsveç matçı isə atışma səbəbindən yarımçıq qalıb.
J qrupunun görüşləri isə olduqca məhsuldar keçib. 3 oyunda 10 qol vurulub. Kriştiano Ronaldonun dubl etdiyi görüşdə Portuqaliya Bosniya və Herseqovinanı darmadağın edib – 5:0. İslandiya Lixtenşteynə şans tanımayıb – 4:0. Slovakiya isə Lüksemburqdan güclü olub – 1:0.
AVRO-2024
Seçmə mərhələ
B qrupu
Cəbəllütariq – İrlandiya 0:4
Yunanıstan – Niderland 0:1
F qrupu
Azərbaycan – Avstriya 0:1
Belçika – İsveç yarımçıq dayandırılıb
J qrupu
Bosniya və Herseqovina – Portuqaliya 0:5
İslandiya – Lixtenşteyn 4:0
Lüksemburq – Slovakiya 0:1