Neymarın durumuna aydınlıq gəldi
Neymarın durumuna aydınlıq gəlib. Braziliya millisinin kapitanının ön çarpaz bağı zədələnib və menisküsü cırılıb.
Həkimlər “Əl Hilal”ın hücumçusunun əməliyyat olunmasını planlaşdırırlar. O, ən az 6 ay futboldan uzaq qalacaq.
Qeyd edək ki, 31 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə oyunda (0:2) sol dizindən zədə alıb. Futbolçu ilk hissənin sonlarında meydanı xərəklə tərk edib.