Neymarın durumuna aydınlıq gəldi
“Əl Hilal”ın hücumçusu Neymarın durumuna aydınlıq gəlib. Ulduz futbolçu hələ zədədən əziyyət çəkir.
32 yaşlı fovard 2 ay meydana çıxa bilməyəcək. O, iyulda məşqləri bərpa etsə də, zədəsini tam sağaltmayıb.
Qeyd edək ki, Neymar zədə səbəbindən ötən ilin oktyabr ayından meydana çıxmayıb.