Neymara qarşı kobudluq etdi, iki oyunluq cəzalandı
Liqa 1-in İntizam Komitəsi yeni qərarlarını açıqlayıb. Ölkə çempionatının 12-ci turunda baş verən hadisələrlə bağlı addımlar atılıb.
“Marsel” müdafiəçisi Samuel Jiqo iki oyunluq cəza alıb. O, PSJ ilə matçın 72-ci dəqiqəsində parislilərin hücumçusu Neymara qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.