Neymar yenidən zədələndi
Braziliya millisinin futbolçusu Neymar yenidən zədələnib. “Santos”un hücumçusu “Atletiko Mineyro” ilə görüşdə xəsarət alıb.
Braziliyalı forvard sol ayağındakı ağrılar üzündən IV turun matçını başa çatdıra bilməyib. O, martda ona əziyyət verən zədəsini yeniləyib. Neymar zədə üzündən əvəzlənib. O, meydanı göz yaşları ilə tərk edib.
Qeyd edək ki, “Santos” bu görüşdə 2:0 hesablı qələbə qazanıb.