Neymar üçün yeni müqavilə
Neymar gələcəyi ilə bağlı yekun qərarını verməyib. “Santos” 33 yaşlı vingerə yeni sözləşmə təklif edib.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
A Seriyası təmsilçisi təcrübəli futbolçunun xidmətindən məmnundur. Neymar DÇ-2026 öncəsi yaxşı formada olmaq üçün komandada qalmağa isti yanaşır. Ulduz oyunçu yekun qərarını yaxın vaxtlarda verecek.










